İrfan Canın son durumu bəlli oldu
15.06.2024 - 14:53
Türkiyə millisinin futbolçusu İrfan Can Kahvecinin son vəziyyəti məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə millisinin köməkçi məşqçisi Selçuk Şahin AVRO-2024-də keçiriləcək Gürcüstan oyunu öncəsi açıqlama verib.
O, açıqlamasında İrfan Can Kahvecinin özünü yaxşı hiss etdiyini bildirib:
"İrfan Polşa ilə oynadığımız son matçda ağrı hiss etdi və fasilə verdik. Hazırda İrfanın vəziyyətini izləyirik. İrfan özünü yaxşı hiss edir, son durumu məşqdə görəcəyik”.
0
0