“Bu klub özünə təzyiq yaradır. Rəhbərlik futbolçuları oyuna necə uyğunlaşdıracağını anlamadan alır. Çempionlar Liqasını qazanmağı tələb edir və bununla da səhv edir. Artıq neçə dəfə Çempionlar Liqasını qazanmısınız ki, indi özünüzü bu il qazanmağa borclu hesab edirsiniz?"
Apasport.az xəbər verir ki, bunu İspaniya millisinin, "Real" və "Valensya"nın sabiq qapıçısı Santyaqo Kanyisares deyib.
53 yaşlı veteran PSJ-nin transfer siyasətini və planlarını tənqid edib: "Bütün məsuliyyət məşqçinin üzərinə düşür. Bir komandanın Unai Emeri kimi çox yüksək qələbə qazanmaq faizinə malik böyük məşqçisi ola bilər, lakin o da komanda Çempionlar Liqasından kənarlaşdığı üçün qovulur.
PSJ-nin sahibi olsaydım, futbolçulara bu cür pul xərcləməyi dayandırıb, onu məşqçilərə, futbolu anlayan və artıq başqa layihələrdə uğur qazanmış insanlara yönəldərdim. PSJ sahibləri isə hər şeyi pulla həll etməyə öyrəşiblər”.