Karlo Ançelotti "Real"da qaldı
29.12.2023 - 16:47
Karlo Ançelotti "Real"da qaldı

“Real”da baş məşqçi söhbətinə nöqtə qoyulub.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi  baş məşqçi Karlo Ançelottinin müqaviləsini 2026-cı ilə qədər uzadıb.

Tərəflər qış fasiləsinə yola düşməzdən əvvəl razılığa gəliblər. Milad bayramı öncəsi italiyalı mütəxəssis klub rəhbərliyi ilə görüşərək razılaşmanın detallarını dəqiqləşdirib.

Qeyd edək ki, “Don Karlo” 2021-ci ilin iyul ayından “qalaktikos”un sükanı arxasındadır. 64 yaşlı mütəxəssisin klubla razılaşması mövsümün sonunda başa çatırdı.
 

writer photo
Əlirza Əlirzalı
0