Kaysedo “Çelsi”yə bir addım yaxınlaşdı
16.06.2023 - 01:18
“Brayton”un yarımmüdafiəçisi Kaysedo karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.
Apasport.az saytı xəbər verir ki, futbolçu özü bu barədə danışıb.
“Bavariya” və “Çelsi” Kaysedonu transfer etməyi planlaşdırırdı. Bu açıqlamadan sonra 21 yaşlı yarımmüdafiəçinin London klubuna keçmək şansı xeyli yüksəlib. Sadəcə “Brayton”un 120 milyon avro tələbi “Çelsi”ni geri addım atmağa məcbur edib.
Qeyd edək ki, “zadəganlar” 80 milyon avro üstəgəl Konor Qallaher variantı ilə transferi yekunlaşdırmaq niyyətindədirlər.
0
0