Kazemiro “Fulhem”lə oyunu buraxacaq
02.11.2023 - 09:25
Kazemiro “Fulhem”lə oyunu buraxacaq

“Mançester Yunayted”in futbolçusu Kazemironun durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bunu baş məşqçi Erik Ten Haq açıqlayıb.

O, “Nyukasl”la İngiltərə Liqa kubokunun matçından sonra braziliyalı yarımmüdafiəçinin əvəzlənməsinə şərh verib: “O, fasilə ərəfəsində zədələndi. Bu üzdən də Kazemironu əvəzləməli olduq. Düşünürəm ki, o, “Fulhem”lə şənbə günü keçiriləcək matçı da buraxacaq”.

Qeyd edək ki, mançesterlilər bu görüşdə 0:3 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0