Kessye üçün 22 milyon avro
14.11.2022 - 23:19
Kessye üçün 22 milyon avro

“Barselona”nın futbolçusu Frank Kessye karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi iki klubun maraq dairəsindədir.

“Aston Villa” və “Fulhem” futbolçunu qışda heyətinə qatmaq istəyir. Yayda azad agent kimi əldə olunan Kessyenin satışı “Barselona”nın da işinə yaraya bilər. İspaniya klubu ağır maliyyə durumunu düzəltməyə çalışır.

“Aston Villa” onun üçün 14 milyon avro ödəməyə hazırdır. “Fulhem”in təklifi daha cəlbedicidir. London klubu 22 milyonundan keçməyə razıdır.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi cari mövsümədək “Milan”ın şərəfini qoruyub.
 

writer photo
Əlirza Əlirzalı
0