Keyn "ikinci bahar"ını yaşayır - Növbəti rekord
13.12.2023 - 17:02
Harri Keyn yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, ”Bavariya”nın hücumçusu qol+məhsuldar ötürmə sistemində fərqlənib.
İngiltərə millisinin 30 yaşlı kapitanı Avropanın top 5 liqalarında çıxış edən futbolçular arasında ən yaxşısıdır. Təcrübəli hücumçu bu mövsüm Münhen klubunun heyətində keçirdiyi 20 qarşılaşmada 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Çempionlar Liqasının gecə saatlarında oynanılan “Mançester Yunayted” – “Bavariya” (0:1) matçında Kinqsli Komanın vurduğu yeganə qolun ötürməsi məhz Keynə məxsusdur.
0
0