Keyndən ikinci “30+”
29.05.2023 - 14:36
Harri Keyn Premyer Liqadakı qol sayını 30-a çatdırıb.
Apasport.az saytının məlumatına görə, “Tottenhem”in futbolçusu “Lids””lə matçda dubla imza atıb.
O, karyerasında ikinci dəfə Premyer Liqada 30 və ya daha çox qol vurur. Keyn 2017/18 mövsümündə də bunu bacarıb.
Premyer Liqada yalnız Alan Şirer daha çox çempionatı “30+” ilə başa vurub. O, üç dəfə - 1993/94 (31), 1994/95 (34) və 1995/96 (31) mövsümlərində məhsuldarlıq göstərib.
Qeyd edək ki, “Tottenhem” “Lids”i 4:1 hesabı ilə məğlub edib.
0
0