La Liqa klubunda VİDA
24.05.2023 - 19:03
La Liqa klubunda VİDA

“Real Sosyedad”ın futbolçusu Asyer İlyarramendi mövsümün sonunda komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi La Liqa klubu ilə müqaviləni uzatmamağa qərar verib.

İspaniyalı “Real Sosyedad”la azad agent kimi vidalaşacaq. Cari mövsümdə 29 matç keçirən yarımmüdafiəçi 1 qol və 2 assistə imza atıb.

Qeyd edək ki, İlyarramendi “Real Sosyedad”ın yetirməsidir. O, 2013-15-ci illərdə Madrid “Real”ında çıxış etdikdən sonra geri qayıdıb.

writer photo
Əlirza Əlirzalı
0