Leao İtaliyanı tərk edir
28.01.2024 - 23:16
Leao İtaliyanı tərk edir

"Milan"ın hücumçusu Rafael Leao İtaliyanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, PSJ və "Nyukasl" 24 yaşlı futbolçunun keçidində maraqlıdır.

Fransızlar Portuqaliya millisinin üzvünün keçidi üçün qarşı tərəflə danışıqlara start veriblər. İddialara görə, forvardın özü də Parisə getməyin əleyhinə deyil.

Qeyd edək ki, bu mövsüm “Milan” klubu ilə 26 matça çıxan Leao 6 qol və eyni sayda məhsuldar ötürməyə sahibdir. 

writer photo
Əlirza Əlirzalı
0