"Liverpul" 16 yaşlı futbolçu transfer edib
05.09.2024 - 11:48
Premyer Liqa təmsilçilərindən "Çelsi"nin 16 yaşlı futbolçusu Rio Nqumoha Londonun "Liverpul" klubuna keçib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Futbolçu "Çelsi"nin gənclər akademiyasında, eləcə də 16 yaşa qədər İngiltərə millisində çıxışları sayəsində gənc istedad kimi şöhrət qazanıb.
Öz keçmişinə görə o, Nigeriya millisini də təmsil edə bilər.
"Liverpul" üç turdan sonra Premyer Liqanın turnir cədvəlində "Mançester Siti" ilə birinci yeri bölüşür - hər iki komanda bütün görüşlərdə qalib gəlib. "Çelsi" isə 4 xalla 11-ci yerdədir.
0
0