Niderland millisinin hücumçusu Kodi Qakponun dünya çempionatındakı performansı onun nəhəng klubların maraq dairəsinə düşməsinə səbəb olub.
Apasport.az saytının məlumatına görə, “Liverpul” PSV-nin forvardını qış fasiləsində heyətinə qatmaq variantını nəzərdən keçirir.
Mövsümün əvvəlində “Mançester Yunayted”lə anlaşa bilməyən 23 yaşlı forvard Premyer Liqanın digər təmsilçisi ilə danışığa başlayıb. “Qırmızı şeytanlar” yanvarda yenidən bu keçid üçün cəhd edəcək, ancaq “Liverpul” transferdə daha şanslı görünür.
Qeyd edək ki, Qakpo bu mövsüm Erediviziyada keçirdiyi 14 oyunda 9 qol vurub, 12 məhsuldar ötürmə verib.