Luis Enrikenin hücumçu istəyi
14.07.2023 - 11:56
Luis Enrikenin hücumçu istəyi

PSJ-nin almaq istədiyi hücumçu bəlli olub.

Apasport.az saytının məlumatına görə, Fransa çempionu Bredli Barkolanı heyətinə qatmağa qərar verib.

“Lion”un hücumçusunun keçidini parislilərin baş məşqçisi Luis Enrike istəyib. Klub nümayəndələri 20 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqlara başlayıb.

Qeyd edək ki, Barkola “Lion”un yetirməsidir. Onun klubla anlaşması 2026-cı ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0