Lukakuya qarşı irqçi təhqirlər araşdırılacaq
05.01.2023 - 22:41
Lukakuya qarşı irqçi təhqirlər araşdırılacaq

A Seriyası hadisəni Romelu Lukakuya qarşı irqçi təhqirləri araşdıracaq.

Apasport.az xəbər verir ki, "İnter"in hücumçusu "Napoli" azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb. A seriyasının XVI turunun matçında onlar belçikalının ünvanına təhqiramiz şüarlar səsləndiriblər.

İtaliya çempionatının idman hakimi bu hadisə ilə bağlı araşdırmalara başladığını bildirib. Qərarın tarixi və “Napoli”yə qarşı mümkün sanksiyalar hələlik məlum deyil.

writer photo
Əlirza Əlirzalı
0