“Mançester Siti” futbolçusunu icarəyə verib
03.08.2024 - 14:32
“Mançester Siti” futbolçusunu icarəyə verib

“Mançester Siti”nin müdafiəçisi Yann Kouto Dortmund “Borussiya”sına keçib.

Apasport.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu gələn ilin iyun ayının sonuna kimi icarəyə götürülüb. Müqaviləyə 25 milyon avroluq satınalma şərti daxildir.

Kouto ötən mövsüm “Jirona”da icarə əsasında çıxış edib. Braziliyalı müdafiəçi İspaniya çempionatında 34 matçda iştirak edib, 1 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Borussiya” Almaniya Bundesliqasının son mövsümündə turnir cədvəlini 5-ci pillədə başa vurub.

writer photo
Əlirza Əlirzalı
0