"Mançester Siti"yə "yox" dedi - "Real"da xoşbəxtəm"
03.06.2024 - 18:01
"Mançester Siti"yə "yox" dedi - "Real"da xoşbəxtəm"

Son günlər Madrid"Real"ının futbolçusu Rodriqonun komandadan ayrılacağı ilə bağlı iddialar var.

Apasport.az xəbər verir ki, adı "Mançester Siti" ilə hallanan braziliyalı hücumçu məlumatları təkzib edib. 23 yaşlı ön xətt oyunçusu Madriddə xoşbəxt olduğunu bildirib:

"Mətbuatda "Mançester Siti"dən mənə təklif olduğu yazılır. Bu mövzu haqda heç nə bilmirəm və maraqlanmıram. Burada xoşbəxtəm. "Real"dan necə ayrıla bilərəm axı?"

Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib. Braziliya millisinin üzvü başa çatan mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 51 rəsmi matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0