“Mançester Yunayted” yayda köklü dəyişikliklər etməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar”da baş məşqçi Erik ten Haq 15 futbolçunun yola salınmasını istəyir.
Harri Maquayr, Victor Lindelof , Aaron Uan-Bissaka, Fred, Donny van de Beek və Antoni Marsiyal formalaşacaq yeni komandada yer almayacaqlar.
"Marsel" və "Sevilya"da icarə əsasında çıxış edən Erik Bayi və Aleks Telles də niderlandlı mütəxəssisin tələbinə cavab vermir.
Fil Cons və Aksel Tuanzebenin müqavilələri mövsümün sonunda başa çatdıqdan sonra "Mançester Yunayted"dən ayrılmağa hazırlaşırlar. Həmçinin "Nottingem Forest"də icarəyə götürülmüş qapıçı Din Hendersonun da müqaviləsi yenilənməyəcək.
Entoni Elanqa və Brendon Uilyams komandada mühüm rola malik deyillər və onların da gedişi gündəmdədir.
Skott MakTominay isə müntəzəm olaraq matçlarda iştirak etsə də, şotlandiyalı futbolçunun gələcəyinə yayda qərar veriləcək.