"Mançester Yunayted" müdafiəçisini komandada saxlamadı
19.01.2024 - 13:26
"Mançester Yunayted" müdafiəçisini komandada saxlamadı

“Mançester Yunayted” futbolçusunu icarəyə verib.

Apasport.az xəbər verir ki, müdafiəçi Kemeron Bortvik-Cekson cari mövsümün sonuna kimi “Ross Kaunti”də çıxış edəcək.

26 yaşlı ingilis “Mançester Yunayted”in məzunudur. Futbolçu mövsümün ilk hissəsini Polşanın “Slask” klubunda keçirib. Bu komandada 8 matça çıxan Kemeron 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin yayına kimi davam edən arxa xətt oyunçusu İngiltərənin aşağı yaş qruplarının da formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0