“Mançester Yunayted” yarımmüdafiəçisini satır
16.08.2022 - 00:00
“Mançester Yunayted” yarımmüdafiəçisini satır

“Mançester Yunayted” futbolçusu Ceyms Qarneri satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 21 yaşlı yarımmüdafiəçisinə klub axtarışına başlayıb.

Klub akademiyasının yetirməsi ötən mövsümü icarə əsasında “Nottinhem Forest”də keçirib. Onun transfer qiyməti 14 milyon funt sterlinqdir.

Qeyd edək ki, Qarner cari mövsümdə şans qazanmayıb. 
 

writer photo
Əlirza Əlirzalı
0