"Mançester Yunayted" "Yuventus"un futbolçusunu almaq istəyir
15.02.2024 - 15:24
"Mançester Yunayted" "Yuventus"un futbolçusunu almaq istəyir

Turin "Yuventus"unun müdafiəçisi Qleyson Bremer İngiltərə Premyer Liqasında işləmək imkanına malikdir.

Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat verilib.

Mənbənin məlumatına görə, 26 yaşlı braziliyalının xidmətində “Mançester Yunayted” maraqlıdır.

Mankunianlar yay "transfer pəncərəsi"ndə cənubi amerikalı ilə müqavilə imzalamağa cəhd edə bilər. Daha əvvəl bildirilirdi ki, “qoca sinyora” Bremerin satışından 75 milyon avro qazanmağı planlaşdırır.

A Seriyasının cari mövsümündə Qleyson 24 oyun keçirib və 2 qol vurub. Onun Turin klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0