"Mançester Yunayted"in vida planı
11.12.2023 - 18:41
"Mançester Yunayted"in vida planı

"Mançester Yunayted"in hücumçusu Antoni Marsial mövsümün sonunda klubu tərk edəcək.

Apasport.az xəbər verir ki, İngiltərə klubu 28 yaşlı fransalı ilə müqavilənin uzadılması variantını aktivləşdirməyi planlaşdırmır. 

Forvardın hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Onun transfer dəyərinin 15 milyon avrodur.

Qeyd edək ki, 2015-ci ildən mançesterlilərin heyətində çıxış edən Antoni bu mövsüm 19 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürməyə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0