Sadio Manenin "Bavariya" futbolçuları qarşısında Yulian Naqelsmannı necə söydüyü məlum olub.
Apasport.az xəbər verir ki, Bild-in jurnalistləri Tobi Altşeffl və Kristian Falkın məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə 2-ci oyunundan (2:0) sonra Mane ilə Naqelsmann arasında dava düşüb.
Seneqallı matçda cəmi 8 dəqiqə vaxtı olduğu üçün komanda yoldaşlarının qarşısında çox söyüş söyüb. Mübahisə zamanı futbolçular Naqelsmannın Manenin qəzəbli çıxışından qorxduğunu görüblər.
"Auqsburq"a qarşı növbəti oyunda Sadio Mane start heyətdə başlayıb. Bu fakt oyunçuların Yulian Naqelsmannın qorxusu ilə bağlı fikirlərini gücləndirib.
Məşqçi dəyişikliyi ilə "Bavariya" rəhbərliyi belə halların təkrarlanmamasını istəyir.