Maneyə İngiltərədən ikinci müştəri
01.05.2023 - 17:30
Maneyə İngiltərədən ikinci müştəri

“Bavariya”nın futbolçusu Sadio Maneni heyətində görmək istəyən daha bir klubun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Nyukasl” seneqallı hücumçunun xidmətində maraqlıdır.

İngiltərə klubu forvardı bu yay transfer etmək istəyir. “Nyukasl” Sadionu Premyer Liqaya qaytarmaq istəyən ilk komanda deyil. Onun elçiləri sırasında “Çelsi”də yer alıb.

Qeyd edək ki, Mane 2022-ci ilin yayında “Liverpul”dan “Bavariya”ya keçib.

writer photo
Əlirza Əlirzalı
0