Messi Floridada yeni malikanə aldı – 10,75 milyona
13.09.2023 - 14:39
Messi Floridada yeni malikanə aldı – 10,75 milyona

Lionel Messi Floridada yeni malikanə alıb.

Apasport.az saytı xəbər verir ki, "İnter Mayami"nin 36 yaşlı hücumçusu Fort Lauderdeyldə sahilə yaxın mülklərdən birinə sahib olub. 

Argentina millisinin kapitanı evin alınmasına 10,75 milyon dollar xərcləyib. 975 kvadratmetrlik malikanədə 8 yataq otağı, üç avtomobil üçün qaraj, bir neçə vanna otağı, hovuz, spa, idman zalı və iki qayıq dayanacağı var.

Qeyd edək ki, iyuldan “İnter Mayami”nin şərəfini qoruyan superulduz meydana çıxdığı 11 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0