Messi və dostları yeni mövsümə hazırlaşır
14.01.2024 - 14:12
Messi və dostları yeni mövsümə hazırlaşır

"İnter Mayami" yeni mövsümün hazırlıqlarına başlayıb.

Apasport.az xəbər verir ki, ABŞ təmsilçisinin məşqlərinə “Barselona”nın sabiq futbolçuları Lionel Messi, Xordi Alba, Serxio Buskets və Luis Suares də qatılıb.

Komandanın artıq ilk yoxlama oyununun vaxtı da bəlli olub. Mayami təmsilçisi yanvarın 20-də “El Salvador” komandası ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, ABŞ çempionatında yeni mövsüm fevralın 22-də start götürəcək "İnter Mayami" ilk turda "Real Solt Leyk"lə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0