Messidən “İnter Mayami” qərarı
19.10.2023 - 15:56
Messidən “İnter Mayami” qərarı

“Klubdan ayrılmayacam”. 

Apasport.az xəbər verir ki, bunu “İnter Mayami” və Argentina millisinin futbolçusu Lionel Messi deyib.

36 yaşlı superulduz “İnter Mayami”dən ayrılacağı barədə xəbərlərə aydınlıq gətirib: “Yanvarda mövsüm başlamamış Mayamiyə qayıdacam. Yeni mövsümə  ən yaxşı şəkildə hazırlaşacağam”.

Qeyd edək ki, PSJ-dən MLS komandasına transfer olan forvard çıxdığı 13 oyunda 11 dəfə fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0