Məsut Özil Ronaldonun yanına gedir
05.01.2023 - 13:51
Məsut Özil Ronaldonun yanına gedir

Türkiyənin “Başakşehir” klubunun futbolçusu Məsut Özil superulduz Kriştiano Ronaldo ilə eyni çempionatda oynaya bilər.

Apasport.az saytı xəbər verir ki, Almaniya millisinin sabiq futbolçusu karyerasını Səudiyyə Ərəbistanının “Əl Fayha” komandasında davam etdirməyə yaxındır. 

Artıq ərəb təmsilçisinin “Başakşehir” rəsmiləri ilə görüşə başladığı bildirilir. 

Qeyd edək ki, kürəyindəki ağrılar səbəbindən əməliyyat olunan 34 yaşlı futbolçu bu mövsüm cəmi 1 oyunda 10 dəqiqə meydanda olub.
 

writer photo
Əlirza Əlirzalı
0