“Milan”dan 60 milyonluq tələb
16.06.2023 - 19:16
“Milan”dan 60 milyonluq tələb

“Milan”ın futbolçusu Teo Ernandes karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Premyer Liqa klubu 25 yaşlı futbolçunu bu yay heyətinə qatmaq fikrindədir. “Rossonyeri” oyunçusunu 60 milyon avroya satmağa razıdır.

Qeyd edək ki, Teo başa çatan mövsümün 45 oyununda 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0