“Milan”dan yeni təklif
04.09.2022 - 19:08
“Milan”dan yeni təklif

“Milan” futbolçusu Rafael Leaoya yeni müqavilə təklif edəcək.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun baş məşqçisi Stefano Pioli açıqlayıb.

O bildirib ki, klub rəhbərliyi hücumçunu saxlamaq üçün əlindən gələni edəcək. 23 yaşlı portuqaliyalı “rossonyeri”nin ilk təklifi ilə razılaşmayıb. 

Amma milanlılar ona maaşının artırılması ilə yeni şərtlər hazırlayıb. İtaliyalılar onunla anlaşmanı 2026-cı ilədək uzatmaq niyyətindədir. Rafaelin hazırkı sözləşməsi 2024-cü ilin yayında bitəcək.

Qeyd edək ki, ötən mövsüm 42 oyunda 14 qol vuran Leao cari çempionatın 5 matçında 3 dəfə fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0