Millətlər Liqasının kuboku təqdim olunub - FOTO
14.12.2023 - 20:36
Millətlər Liqasının kuboku təqdim olunub - FOTO

UEFA daha bir turnirin kubokunu ictimaiyyətə təqdim edib.

Apasport.az xəbər verir ki, söhbət qadınlar arasında keçiriləcək Millətlər Liqasının kubokundan gedir.

Xatırladaq ki, müsabiqənin yarımfinal oyunlarının gələn il keçirilməsi nəzərdə tutulur. Fevralın 23-nə təyin edilən matçlarda İspaniya Niderlandı, Fransa isə Almaniya qadın yığmasını sınağa çəkəcək. Millətlər Liqasının üçüncü yer uğrunda matçı və final qarşılaşmaları isə fevralın 28-nə planlaşdırılır. 

Qeyd edək ki, oyunların keçiriləcəyi yer hələ müəyyən edilməyib.

writer photo
Əlirza Əlirzalı
0