Milli braziliyalıya ƏMANƏT
03.01.2023 - 11:51
Milli braziliyalıya ƏMANƏT

Albaniya milli komandasının yeni baş məşqçisi açıqlanıb.

Apasport.az saytı Albaniya Futbol Federasiyasına istinadən xəbər verir ki, braziliyalı mütəxəssis Silvinyo millinin baş məşqçisi təyin edilib.

Tam adı Silvio Mendes Kampos Junior olan məşqçi ilə AVRO-2024-ün sonuna qədər nəzərdə tutulan 18 aylıq müqavilə imzalanacaq. Silvinyonun köməkçiləri isə həmyerlisi Dorival Quidoni və argentinalı Pablo Zabaleta  olacaq. 

Federasiyadan verilən açıqlamada yanvarın 9-da yeni məşqçi heyəti ilə müqavilə imzalanacağı bildirilib 

Qeyd edək ki, braziliyalı məşqçidən öncə Albaniya milli komandasını italiyalı Edoardo Reya çalışdırırdı.

writer photo
Əlirza Əlirzalı
0