Millidə ciddi itki
23.03.2023 - 17:21
Millidə ciddi itki

Niderland millisi ciddi itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, infeksiya virusu üzündən bir neçə oyunçu yığmanın düşərgəsini tərk edib.

Qapıçı Bart Verbryuqqen, müdafiəçilər Mateys de Liqt və Sven Botman, yarımmüdafiəçi Yoey Verman və hücumçu Kodi Qakpo qarşıdakı görüşlərdə yığmaya kömək etməyəcək. Onların əvəzinə komandaya Kyell Sxarpen, Stefan de Vrey, Rayan Qravenberx çağırılıb.

Qeyd edək ki, Niderland millisi AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Fransa, üç gün sonra Cəbəllütariqlə görüşəcək.

writer photo
Əlirza Əlirzalı
0