Millinin qapıçısı klubunu dəyişdi
09.08.2023 - 16:11
Millinin qapıçısı klubunu dəyişdi

“Arsenal”ın qapıçısı Mett Terner komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, ABŞ yığmasının üzvü “Nottinhem Forest”ə keçib.

29 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Mett 2027-ci ilədək Nottinhem təmsilçisində çıxış edəcək.

Keçid 7 milyon funt sterlinqə gerçəkləşib. “Arsenal” bonus kimi daha 3 milyon qazana bilər.

Qeyd edək ki, Terner ötən ilin yayında “Arsenal”a keçmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0