Montella Türkiyə millisinin tarixinə düşdü
16.10.2023 - 10:38
Montella Türkiyə millisinin tarixinə düşdü

Vinçentso Montella Türkiyə milli komandasının tarixinə düşüb.

Apasport.az xəbər verir ki, italiyalı çalışdırıcı "ay-ulduzlular"ı final mərhələsinə çıxaran ilk əcnəbi mütəxəssis olub.

Buna qədər həmin uğura ancaq yerli mütəxəssislər nail olub. Belə ki, Türkiyə milisi 6-cı dəfə Avropa çempionatının final mərhələsinə çıxıb və qazanılan 5 vəsiqədən 3-ü Fatih Terimin adıyla bağlı olub - 1996, 2008, 2016. Mustafa Dənizli (2000) və Şenol Günəş (2020) isə hərəyə 1 dəfə millini final mərhələsinin iştirakçısı edib.

Xatırladaq ki, Montella bu ay milliyə baş məşqçi təyin olunub və səfərdə Xorvatiyanı 1:0, evdə Latviyanı 4:0 məğlub edərək 2 matçda da qol buraxmadan qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0