Portuqaliyalı mütəxəssis Joze Mourinyo Avropa kuboklarında 4 oyunluq diskvalifikasiya olunub.
Apasport.az-ın məlumatına görə, buna səbəb Avropa Liqasının finalında hakimi təhqir etməsidir.
Turnirin həlledici matçında “Sevilya”ya uduzan “Roma”nın baş məşqçisi Entoni Teylorun barəsində nalayiq ifadələr işlətmişdi. Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında “hakim, sən demə ispan imiş” demişdi. Bütün baş verənlər UEFA tərəfindən araşdırılıb və portuqaliyalı mütəxəssisə cəza verilib.
Qeyd edək ki, hakim və ailəsi Budapeşt aeroportunda “Roma”azarkeşlərinin təzyiqinə məruz qalıb və təhlükəsizlik işçilərinin köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb.
Mourinyoya Avropa kuboklarında 4 oyunluq cəza
21.06.2023 - 22:17
0
0