“Napoli” Rudi Qarsiya ilə yolları ayırır
26.09.2023 - 16:52
“Napoli” Rudi Qarsiya ilə yolları ayırır

“Napoli” rəhbərliyi baş məşqçi Rudi Qarsiyadan narazıdır.

Apasport.az saytı xəbər verir ki, italyanlar 59 yaşlı mütəxəssislə yolları ayırmağı planlaşdırır.

Xüsusilə komandanın mövsümə pis başlaması və fransızın futbolçularla münasibətinin “soyuq” olması klub rəhbərliyini bu addımı atmağa vadar edir. Qarsiyanı əvəzləyəcək şəxs kimi isə Fransa “Marsel”indən İqor Tudor göstərilir.

Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında 5 turdan sonra 8 xalla 7-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0