“Napoli”dən baş məşqçi qərarı
08.05.2023 - 12:41
“Napoli”dən baş məşqçi qərarı

“Napoli” baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini artırıb.

Apasport.az saytı xəbər verir ki, o, 2024-cü ilin iyununa qədər İtaliya təmsilçisinin “sükanı arxasında” olacaq.

Onunla daha bir mövsümlük müqavilə imzalanıb. 33 ildən sonra Neapol klubunu çempion edən 64 yaşlı təcrübəli məşqçi bildirib ki, “Napoli”də qalacağı üçün xoşbəxtdir. 

Qeyd edək ki, Spaletti 2021-ci ilin yayından komandaya rəhbərlik edir.

writer photo
Əlirza Əlirzalı
0