"Real"ın baş məşqçisi Karlo Ançelotti gələcək karyerası ilə bağlı sualları cavablandırıb.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Braziliya millisiylə bağlı sualı şərh etmək istəmədiyini deyib.
İtaliyalı mütəxəssisdən 500 milyon dollar müqabilində Səudiyyə Ərəbistanda çalışmaq arzusunda olub-olmadığı da soruşulub. Ançelotti suala zarafatla belə cavab verib:
"500 milyona Səudiyyə Ərəbistanına gedərdimmi? Bu qədər pula görə ora burdan nəinki təyyarə ilə, piyada da yollanaram. Əlbəttə, mən zarafat edirəm. Mənə Səudiyyə Ərəbistanından təklif yoxdur. Mənim başqa ideyalarım, məqsədlərim var. Pul barədə düşünmürəm. Bu, mənim üçün vacib deyil".