"Osasuna"nın yeni baş məşqçisi bəlli olub
27.05.2024 - 23:10
"Osasuna"nın yeni baş məşqçisi bəlli olub

İspaniyanın "Osasuna" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisini Visente Moreno çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Visente Moreno məşqçilik karyerası ərzində "Xeres", "Ximnastik", "Malyorka", "Espanyol", "Əl-Şabab" və "Almeriya"nı çalışdırıb.

writer photo
Əlirza Əlirzalı
0