Ozan Can Niderlandda belə fərqləndi
06.04.2024 - 14:54
Ozan Can Niderlandda belə fərqləndi

Niderland birinci divizionunda 33-cü turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geydiyi “Eyndhoven” səfərdə “Oss”la qarşılaşıb. Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

Ozan Can da bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb. Millimizin üzvü 11-ci dəqiqədə fərqlənib. Bununla da, 25 yaşlı futbolçu cari mövsümdə 11-ci qolunu vurub. 

Qeyd edək ki, 33 turdan sonra 38 xalı olan "Eyndhoven" hazırda turnir cədvəlində 20 komanda arasında 14-cüdür.

 

writer photo
Əlirza Əlirzalı
0