Paytaxt klubu yeni transferini sifariş edə bilmir
29.06.2022 - 16:50
Paytaxt klubu yeni transferini sifariş edə bilmir

“Atletiko” yay transfer dönəmində heyətinə cəlb etdiyi ilk oyunçu olan Aksel Vitseli sifariş edə bilmir.

Apasport.az saytının məlumatına görə, buna səbəb İspaniya klubunun maaş büdcəsinin limiti keçməsidir.

Problem ondadır ki, madridlilər oyunçular üçün nəzərdə tutulan 100 milyon avro maaş həddini keçib. Buna görə də La Liqanın müəyyən etdiyi maliyyə feyr-pleyini pozur. Paytaxt klubu problemin həlli üçün futbolçu satışlarından 40 milyon avroluq gəlir əldə etməlidir.

Qeyd edək ki, 33 yaşlı Aksel Vitsel ötən mövsüm Dortmund “Borussiya”sının formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0