Poqba meydana qayıtdı
01.03.2023 - 10:21
Poqba meydana qayıtdı

Pol Poqba bu mövsüm “Yuventus”da ilk oyununa çıxıb.

Apasport.az saytı xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasının XXIV turunun “Torino” ilə matçında iştirak edib.

Fransız futbolçu görüşün 69-cu dəqiqəsində meydana çıxıb. Beləliklə, Poqba 2022-ci ilin yayında “Mançester Yunayted”dən  “Yuventus”a keçdikdən sonra Turin klubunda ilk oyununu keçirib. 

Qeyd edək ki, Poqba zədə səbəbindən matçlarda iştirak edə bilmirdi.
 

writer photo
Əlirza Əlirzalı
0