Portuqaliyalı iki nəhəngin gündəmində
28.05.2022 - 23:31
Portuqaliyalı iki nəhəngin gündəmində

“Vulverhempton”un yarımmüdafiəçisi Ruben Neveş komandasını dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü iki nəhəngin maraq dairəsinə düşüb.

25 yaşlı orta sahə oyunçusu “Barselona” və “Mançester Yunayted”in transfer gündəminə düşüb. Kataloniyalılar bir müddətdir onunla maraqlanırsa, “qırmızı şeytanlar” yenicə bu mübarizəyə qoşulub. Futbolçu özü Çempionlar Liqasında oynayan kluba keçmək arzusundadır.

Qeyd edək ki, Ruben Neveşin “Vulverhempton”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0