Potter "Reyncers"ə də “yox” dedi
14.09.2023 - 12:05
Potter "Reyncers"ə də “yox” dedi

"Çelsi"nin keçmiş baş məşqçisi Qrem Potter daha bir təklifdən imtina edib.

Apasport.az saytı xəbər verir ki, 48 yaşlı mütəxəssis "Reyncers"in sükanı arxasına keçmək təklifinə mənfi cavab verib.

Şotlandiya təmsilçisi ingilis mütəxəssislə aparılan danışıqlardan nəticə əldə olunmadığını açıqlayıb. Qlazqo klubunun rəhbərliyi komandanın Maykl Bilin rəhbərliyi altında cari mövsümkü çıxışından narahatdır. Komanda bu il çempionatda keçirdiyi 4 matçın ikisini məğlubiyyətlə başa vurub. 

Qeyd edək ki, ingilis Fransa “Lion”u ilə də razılaşma əldə edə bilməyib.
 

writer photo
Əlirza Əlirzalı
0