Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə müddətini uzatdı
23.04.2024 - 16:54
Premyer Liqa klubu “Aston Villa” baş məşqçisi Unay Emeri ilə müqavilə müddətini uzadıb.
Apasport.az "The Athletic"ə istinadən xəbər verir ki, ispan mütəxəssis "Barselona" və "Bavariya"nın təkliflərini rədd edərək, "Aston Villa" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.
Qeyd edək ki, Emeri 2022-ci ilin noyabrında “Aston Villa”ya keçib. Komanda onun rəhbərliyi altında 77 oyun keçirib və 44 qələbə qazanıb.
0
0