Premyer Liqa klubunda 22-ci yeni futbolçu
08.09.2022 - 17:29
Premyer Liqa klubunda 22-ci yeni futbolçu

PSJ və “Tottenhem”in sabiq futbolçusu Serj Orye özünə yeni klub tapıb.

Apasport.az saytının məlumatına görə, cinah müdafiəçisi “Nottinhem Forest”ə keçib.

O, İngiltərə klubuna azad agent kimi qoşulub. Orye Premyer Liqa təmsilçisinin yay transfer pəncərəsində heyətinə qatdığı 22-ci futbolçudur.

Qeyd edək ki, İngiltərədə transfer pəncərəsi sentyabrın 1-də bağlansa da, klublar azad agent sifariş etmək hüququna malikdir.

writer photo
Əlirza Əlirzalı
0