PSJ-də itki
19.09.2022 - 14:31
PSJ-də itki

PSJ itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun baş məşqçisi Kristof Qaltye açıqlayıb.

O bildirib ki, Marko Verratti zədələnib. Yarımmüdafiəçi Liqa1-in VIII turunun “Lion”la matçında əvəzlənib.

64-cü dəqiqədə meydanı tərk edən Verratti bu gün müayinə olunacaq. 29 yaşlı futbolçunun İtaliya millisinin düşərgəsinə yollanacağı sual altına düşüb.

Qeyd edək ki, PSJ “Lion”la səfər görüşündə 1:0 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0