PSJ-dən “Əl-Nəsr”ə
16.01.2023 - 21:25
PSJ-dən “Əl-Nəsr”ə

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu heyətə yeni qapıçı cəlb edir.

Apasport.az saytı xəbər verir ki, ərəblər Fransanın PSJ klubundan Keylor Navası transfer etmək üçün danışıqlara başlayıb.

Kosta-Rika millisinin qapıçısına maraq David Ospinanın "Əl-Nəsr"in son oyununda aldığı zədə ilə bağlıdır. Navasla müqavilə yanvarın sonuna kimi rəsmiləşə bilər.

Qeyd edək ki, 36 yaşlı Navas 2019-cu ildə 10 milyon avroya İspaniyanın “Real” klubundan PSJ-yə transfer edilib.

writer photo
Əlirza Əlirzalı
0