PSJ-dən Şahruddin Məhəmmədəliyevin yanına gəlir
14.09.2023 - 11:28
"Adana Dəmirspor" heyətini gücləndirməyə davam edir.
Apasport.az saytı xəbər verir ki, türk klubu PSJ-nin yarımmüdafiəçisi Eduard Mişuduya elçi düşüb.
20 yaşlı yarımmüdafiəçi yeni komandasında icarə əsasında çıxış edəcək. Danışıqların müsbət yekunlaşdığı və müqavilənin yaxın saatlarda imzalanacağı bildirilir. Müqaviləyə əsasən adanalılar oyunçunu satın almaq hüququna da malik olacaqlar.
Qeyd edək ki, “Adana Dəmirspor” milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyevlə də müqavilə imzalayıb.
0
0