PSJ Kolumbiya millisinin futbolçusu üçün 20 milyon avro təklif edib
20.08.2024 - 11:34
PSJ Kolumbiya millisinin futbolçusu üçün 20 milyon avro təklif edib

Fransa Liqa 1 təmsilçilərindən PSJ yarımmüdafiə xəttini "Palmeyras"ın futbolçusu Riçard Riosla gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, PSJ Rios üçün "Palmeyras"a 20 milyon avro təklif edib.

"Transfermarkt" portalı Kolumbiya millisinin yarımmüdafiəçisini 10 milyon avro olaraq qiymətləndirir.

Riçard Riosun "Palmeyras"la müqaviləsi 2026-cı ilin sonuna qədərdir. Yarımmüdafiəçi "yaşıl-ağlar"ın heyətində 88 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0